- Baxış sayı: 29
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 98
- Noyabr 25, 2024
- 0
Allsport.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl, Avropa futbol akademiyasının (EFA) təsisçi-direktoru Vüsal Mustafayev, inzibati işlər üzrə direktor Murad Qaraman və baş meneceri Kamran Bayramov iştirak ediblər. Adı ilk çəkilən idman adamı əməkdaşlığın perspektivlərindən danışıb:
“Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futboluna diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir. Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir. İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, üstünlükdür”.
V.Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb: “Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə deyən, adından söz etdirən komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcəklər, “Qarabağ”ın seçimi isə böyüyəcəklər və gənclər arasında rəqabət artacaq”.