- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının 11-ci turunda APOEL-lə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib..
Allsport.az xəbər verir ki, norveçli mütəxəssis konfrans liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la Bakıda keçirdikləri qarşılaşma haqda da danışıb.
O, Ağdam klubu ilə heç-heçəni (2:2) yaxşı nəticə kimi qiymətləndirib: “Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz, mentalitetimiz uğurlu idi. Azərbaycan komandası ilə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik və ya uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.