- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, “World coach ranking”də yer alan siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3 pillə irəliləyərək 1073 xalla 452-ci olub.
“Neftçi”nin 1-ci sükançısı Roberto Bordin 123 xalla 968-cidir. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 cərgə irəliləyib.
Əmsala “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15160 xal. Madrid “Atletiko”sundan Dieqo Simeone 2-ci (13427), “Yuventus”lu Massimiliano Alleqri 12791 xalla 3-cüdür.