- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Erik Dayer Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bizi qarşıda çox vacib və böyük oyun gözləyir. Bilirik ki, bu görüşdə qazanılacaq qələbə bizim qrupdan çıxmağımızı təmin edəcək. Ümumiyyətlə, bu həftə bizim iki həlledici oyunumuz var. Amma “Qarabağ”la qarşılaşma “Çelsi” ilə çempionat görüşündən daha vacibdir”.