- Baxış sayı: 29
- 27 Noyabr 2024 15:55
- Baxış sayı: 37
- Noyabr 26, 2024
- 0
Premyer liqasının 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” 1-günlük istirahətin ardından, məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, saat 16:00-da “Sumqayıt Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb.
Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 3-də “Sumqayıt Arena”da keçiriləcək və 18:30-da start götürəcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.