- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Neftçi” Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını başa vurub. Allsport.az xəbər verir ki, “Bakcell Arena”dakı məşqdən sonra komandanın yarımmüdafiəçisi Rəhman Hacıyev klub televiziyasına açıqlama verib:
“Oyuna ciddi hazırlaşırıq. Komanda yoldaşlarıma, rəhbərliyə, məşqçilərə güvənirəm. İnşallah, meydana çıxıb, 3 xalı qazanacağıq. Azarkeşlərə demək istəyirəm, gəlib yenə bizə dəstək olsunlar. Düzdür, hazırkı vəziyyətimiz o qədər də yaxşı deyil. Amma hamımız bir olub bu vəziyyətdən çıxmalıyıq”.