- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Oyundan sonra çox xoşbəxtəm. Bu qarşılaşmada yaxşı çıxış etdiyimi düşünürəm. Ümid edirəm ki, baş məşqçi növbəti matçlarda da mənə şans verəcək”.
Allsport.az xəbər verir ki, bu fikirləri Kiprin “Omoniya” klubunun futbolçusu Andreas Asimenos Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri UEFA konfrans liqasının qrup mərhələsinin V tur oyunu barədə “24sports” nəşrinə açıqlamasında deyib.
17 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başladığı üçün sevincli olduğunu bildirib: “Çətin oyun olacağını gözləyirdik. Gənc olsam da, buna hazırlıqlı idim. 2 real qol şansımız oldu, amma yararlana bilmədik. Sonda heç-heçəyə nail olduq”.