- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

“Uzun fasilədən sonra meydana qayıtdım. Baş məşqçi mənə 90 dəqiqə şans verdi. Bu, fantastik hiss idi”.
Allsport.az xəbər verir ki, bunu Qazaxıstan “Kayrat”ının futbolçusu Yatsek Quralski evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları UEFA konfrans liqasının qrup oyunu barədə “Super express” nəşrinə müsahibəsində deyib.
Polşalı yarımmüdafiəçi sözügedən qarşılaşmada yaxşı oynadıqlarını bildirib: “Təəssüf ki, uduzduq. Əlbəttə, yekun nəticə heç kimi qane etmədi. Buna baxmayaraq, öz oyunumdan razı qaldım. Meydana start heyətində çıxmağım və sonadək oynamağım bərpa prosesinin yaxşı keçdiyini göstərdi. Hazırda əsas işim formamı yaxşılaşdırmaq olmalıdır”.
“Kayrat” Bakıdakı görüşdə də “Qarabağ”a eyni hesabla uduzmuşdu.