“Qaradağ Lökbatan”ın məşqçisi cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

İntizam Komitəsinin 22 dekabr qərarına əsasən, “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırmışdı. Lakin oyunun protokoluna səhvən “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin əvəzinə “Ağsu” klubunun məşqçisi Arif Rizvanovun adı qeyd olunub. Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq aşağıdakı qərarı qəbul edib:

Belə ki, 18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, 1-ci divizionun 13-cü turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Həmin kateqoriyadan