- Baxış sayı: 40
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 40
- Aprel 11, 2025
- 0
“Milan”ın yarımmüdafiəçisi Rade Kruniç yanvarda “Fənərbağça”ya keçə bilər.
Allsport.az xəbər verir ki, bosniyalı futbolçu yayda Türkiyə klubu ilə maraqlansa da, sonda “rossoneri”dən ayrılmamaq qərarına gəlmişdi. Lakin İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçini yenidən öz sıralarına cəlb etmək niyyətindədir.
Kruniç bu dəfə “Fənər”in 3 illik müqavilə təklifinə razı olub. Keçidin baş tutması üçün Türkiyə liqasının nəhəngi Milan klubu ilə razılıq əldə etməlidir. İtaliya klubunun rəhbərliyi futbolçusu üçün ən azı 8-10 milyon avro istəyir.