- Baxış sayı: 31
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 28-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına respublika stadionunda “Kəpəz”i 6:1 məğlub edib.
Allsport.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:
“Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Belə uğurlar, çempionluqlar oyunçulara daha da peşəkarlıq, məsuliyyət verir. Çox şadam ki, bu kollektivlə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, futbolçularımızı bir daha təbrik edirəm. Bizim işimiz elədir ki, daim uğur dalınca getməliyik, komandanı buna hazırlamalıyıq. Biz mövsümboyu yaxşı olmaq üçün uğur əldə etməliyik”.
Qurbanov çempionluq təmin olunandan sonra keçiriləcək görüşlər və Yassin Benzianın zədəsi barədə danışıb: “Qarşıdakı oyunlara tam ciddi və məsuliyyətlə yanaşacağıq. Bəlkə bəzi futbolçulara imkan yaradacağıq ki, istirahət etsinlər. Fasilə dövründə oyunçularımıza 5 gün istirahət verdik. Bunun faydası oldu. Amma milli üzvləri yığmalara getmişdilər. Bəzilər hətta 2 matç keçirdi. Onlara bir az şərait yaradacağıq. Çünki mövsümün sonunda yenə milli komandanın oyunu var. Yassin Benzianın zədəsi ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır”.
Baş məşqçi mövsümlərarası dövrdə heyəti qorumaq barədə fikirlərini bildirib: “Heyəti qorumaq, saxlamaq hər il çətin olur. Buna çalışacağıq. Gələn mövsüm üçün bu komandanın potensialı var. Onların ustalıq səviyyəsini yaxşılaşdırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub və oyunçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan hər şeyi edəcəyik ki, kollektivi saxlaya bilək”.