- Baxış sayı: 24
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqasının I turunda “Turan Tovuz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: “Çox zövqverici oyun alındı. Belə tribunalar önündə oynamaq futbolçularım üçün zövqdür. “Turan” Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Tovuz təmsilçisinə uğurlar arzulayıram. Fərqli hissələr oynadıq.
İlk yarıda topa daha çox nəzarət etməyi düşündük. İkinci hissədə hücumları artıraraq istədiyimiz nəticəyə nail olduq. Ramon Maçado komandaya 3-4 gün əvvəl qoşulduğu üçün tam hazır olması mümkün deyildi. 50-60 faiz hazır olsa da, kollektivi daha çox hiss etməsi üçün meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir.
Gələcək vəd edən oyunçudur. Sarı vərəqə alması emosiya, istəkli olması ilə bağlıdır. Hər bir komanda burada oynamaqdan zövq alacaq. Mən qarışıq bütün komanda belə tribuna qarşısında oynamağa can atırdıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda stadionlarda daha çox azarkeş olacaq”.