“Qarşımıza çox böyük iş düşür”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət millinin sükanı arxasına gətirilib. Allsport.az saytı xəbər verir ki, o, yeni təyinatı ilə bağlı təəssüratlarını bölüşüb:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin 2-ci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür.

Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və “A” millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Həmin kateqoriyadan

azenrutr