- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İlk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində millimiz martın 22-si Monqolustan, 25-ində Bolqarıstan futbolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, ilk matç “Liv Bona Dea Arena”da, digəri Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. “Ay-ulduzlular”ımıızn məşqçisi Arif Əsədovun bu görüşlərlə bağlı açıqlama verib:
“Anton Krivotsyuk və Mahir Əmrəlinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər 2 futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq. Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq.
Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır. Qərara aldıq ki, üç gənc oyunçu – Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər.
Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq. Qarşımıza qoyulan məqsədlərdən biri də odur ki, hər 2 oyunda qələbə qazanaraq, komandanın əhval-ruhiyyəsini daha da yüksəldək. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”.