Qaspard komandasının uğurlu çıxış etdiyini düşünür

Allsport.az xəbər verir ki, “Arsenal“ın idman direktoru Edu Qaspard klubun premyer liqada keçirdiyi mövsümlə bağlı fikirlərini bölüşüb.

“Bunun üçün daha ətraflı təhlil aparmaq lazımdır. Bütövlükdə mövsümü qiymətləndirmək mənim işimdir. Bəlkə də son 5 matçda oyunumuzun keyfiyyəti aşağı düşüb.

Titul uğrunda mübarizə aparmaq üçün sabitlik nümayiş etdirmək lazımdır. Hər şeyin niyə belə baş verdiyini müəyyən etməliyik.

“Arsenal” çempionluq yarışında “uğursuz” çıxış etdi? Mən belə hesab etmirəm” – deyə Qaspard bildirib.

Həmin kateqoriyadan