“Qaziantəp”in qapıçısına göz dikib

İki mövsümdür Avropadan transfer təklifi alan Uğurcan Çağır, “Trabzonspor”dan ayrılacağı təqdirdə, komandası “Qaziantəp”dən Günay Güvenci alacaq.

Allsport.az saytı xəbər verir ki, superliqada çempionluğu hədəfləyən qara dənizlilər, ara transfer dövründə də gücləndirmə işlərini davam etdirir. “Bordo-mavilər” növbəti mövsüm üçün heyəti planlaşdırır.

Zəlzələ fəlakəti səbəbi ilə mübarizədən çəkilməyə qərar verən “Qaziantep”, futbolçularını buraxmaq məcburiyyətində qalıb. Günay müvəqqəti olaraq “Qasımpaşa”ya icarəyə verilib.

Güvəncin transfer müddəti 2024-cü ilin mayında başa çatacaq. Bu mövsüm 23 rəsmi oyunda iştirak edən 31 yaşlı qolkiper öz qapısında elə 31 qol görüb.

Həmin kateqoriyadan