- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

2-qat dünya çempionu Ronaldonun Qırmızı meydanda şəkili yayımlanıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı ulduz “İnter” klubu ilə 1998-ci ilin aprelində Moskvada qonaq olub.
Ayın 23-də çempionlar liqasının qrupunda məşhur “Lujniki” stadionunda “Spartak” ilə görüş 2:1 İtaliya təmsilçisinin xeyrinə bitib. Hər 2 qolu “Yekədiş” vurub.
Elə həmin ilin yayında Fransada keçirilmiş Dünya Kubokunda onun yer aldığı Braziliya millisi finalda meydan sahiblərinə 0:3 yenilmişdi.
Ona qədər Ronaldo 1 dəfə dünya çempionluğunun sevincini yaşamışdı. ABŞ-1994-də seçmə tağımı baş mükafata yiyələnsə də, o yarışboyu ehtiyatda qalmışdı.
