- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının dördüncü gününü başa vurub.
Oyunçular günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.
Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada keçirilib. Komanda üzvləri əsasən toplu çalışmaları yerinə yetiriblər.