- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Yeni mövsümünə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” 2-ci təlim-məşq toplanışına iyunun 27-də start verəcək. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” çalışmanı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirəcək.
Komandamız iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. “Qəbələ” iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun komandası Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” komandası olacaq. Bu matç iyulun 8-də baş tutacaq.
Xatırladaq ki, yeni mövsümün hazırlığına iyunun 3-də Bakıda start verən “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və 5 yoxlama matçında qüvvəsini sınayıb.