“Qırmızı-qaralar” ona elçi düşdü

“Milan” qış transfer pəncərəsində “Ştutqart”ın və Qvineya millisinin hücumçusu Sehrou Guirassi ilə müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

Allsport.az xəbər verir ki, rossonerilər komandada uzun müddət çıxış edə biləcək forvard axtarışındadır. Onlar Guirassini 17 milyon avroya almaq niyyətindədirlər.

27 yaşlı oyunçu 2022-ci ilin yayından “Ştutqart”da çıxış edir. Bu mövsüm o, bundesliqa və Almaniya kubokunda 13 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan