- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ” Azərbaycan premyer liqasının XXIII turunun “Qarabağ”la təxirə salınan oyununa hazırlığı başa vurub.
Allsport.az xəbər verir ki, komandanın heyətində 2 itki var.
Zədəsini sağaldan Klesio Bauk heyətdən ayrı məşq edib. Fərdi hazırlıq keçən afrikalı futbolçu “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. Daha bir legioner Samuel Tetteh isə məşqlərdən kənar qalıb. O,bərpa prosesi keçir.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” görüşü sabah saat 19:00-da başlayacaq.