- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Feras Abu Akalla vidalaşıb. 27 yaşlı israilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.