- Baxış sayı: 23
- 06 Fevral 2026 17:28
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Qəbələ” iordaniyalı futbolçusu Ömər Hani ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi qış fasiləsində “qırmızı-qaralar”la vidalaşan ilk oyunçu olub. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından bölgə təmsilçisində çıxış edən legionçu 85 matçda 4 qol vurub. Premyer liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib.