- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

AFFA-nın apelyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, tribunal “Qəbələ”nin müraciətinə baxıb. Bölgə təmsilçisi premyer liqanın XVII turu çərçivəsində keçirilən “Səbail”lə səfər oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Samuel Tettehin cəzası ilə bağlı apelyasiya verib.
İntizam komitəsi onun 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanması, “qırmızı-qaralar”ın 3000 manat cərimə edilməsi barədə qərar verib. Tribunal klubun şikayətini təmin etməyərək qərarı qüvvədə saxlayıb.