- Baxış sayı: 27
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 197
- Fevral 04, 2026
- 0

İsveç çempionatında 20-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin çıxış etdiyi “Kalmar” doğma meydanda lider “Norçöpinq”lə qarşılaşıb.
“Qırmızı qardaşlar” bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Əsas heyətdə meydana çıxan futbolçumuz 90 dəqiqə mübarizə aparıb.
“Kalmar” geridə qalan turlarda topladığı 25 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.