- Baxış sayı: 22
- 05 Fevral 2026 17:35
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

İsveç yüksək liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin oynadığı “Kalmar” səfərdə “Elfsborq”la qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Əsas heyətdə meydana çıxan həmvətənimiz yenə 90 dəqiqə mübarizə aparıb. O, bu görüşün 65-ci dəqiqəsində sarı vərəqə də alıb.
“Qırmızı qardaşlar” geridə qalan turlarda topladığı 26 xalla 9-cu yerdədir.