- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

Rusiya-2018 Dünya Kubokunda 1/8 final davam edir.
Allsport.az saytı xəbər verir ki, bu gün mərhələnin 6-cı oyununda “Rostov arena”da Belçika və Yaponiya milliləri üz-üzə gəliblər.
2-ci yarının əvvəldə asiyalılar ardıcıl 2 qol vuraraq öndə olublar. Hissənin ortalarında “qırmızı şeytanlar” 4 dəqiqəyə 2 dəfə fərqlənərək hesabı bərabərləşdiriblər.
Görüşün uzatma dəqiqələrində əks-hücuma keçən Belçika yığması qələbə topunu vurub – 3:2.