- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted” müdafiə xəttini gücləndirməkdə qərarlıdır. İngiltərə nəhəngi yeni stopperlər alaraq qapısının toxunulmazlığını daha etibarlı etmək istəyir.
Allsport.az xəbər verir ki, əsas hədəf “Everton”dan Jarrad Brantveytdir. Liverpul klubunun 22 yaşlı yetirməsi PSV-dən icarədən qayıdıb. İndi isə mançesterlilər onun üçün 45 milyon funt-sterlinq təklif edir. Futbolçu özünü doğruldarsa, daha 5 milyon bonuslar nəzərdə tutulub. Amma “Everton” 65 milyon tələb edir.