- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Samsunspor”un baş məşqçisi Hüseyn Əroğlu, hədəfin superliqaya yüksəlmək olduğunu bəyan edib. Allsport.az saytı xəbər verir ki, o bunun üçün heyəti daha gücləndirilməsini istəyib: “Məqsədimiz mövsümün sonunda klubu elitaya daşımaqdır. Bunun üçün geridə qalan bütün matçlarda uğurlu olmalıyıq.
Planla işləyirik. Hər bir bölmə öz işini ən yaxşı şəkildə görməyə çalışır. Biz vahid komandayıq. Uğura aparan ən mühüm amil planlı proqramla işləməkdir. İstədik ki, hər kəs bunu görsün. Çünki uğur bir nəfərlə deyil, komanda işi ilə qazanılır”.
“Qırmızı şimşəklər” hazırda 21 oyundan 41 xalla 1-ci liqanın yarış cədvəlində öndədir.