“Qısa müddətdə toparlanmalıyıq”

“Kəpəz” premyer liqanın ilk turunda səfərdə “Sumqayıt”a 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqalrın baş məşqçisi Adil Şükürov yenilgiyə aydınlıq gətirib:

“Düşünürəm ki, azarkeşlər maraqlı oyun izlədilər. “Kəpəz” olaraq yenidən komanda qururuq, heyət formalaşdırırıq. Bunun üçün bizə vaxt lazım olacaq. Amma zamanımız da yoxdu. Hər şeyi daha sürətli etməliyik.

Tez bir zamanda komandanı komplektləşdirməliyik. Çempionat uzundur, qarşıda oyunlar var. İnanıram ki, komanda bu marafon ərzində daha yaxşı futbol nümayiş etdirib nəticələr qazanacaq. Yeni futbolçuların çempionata adaptasiya olması vaxt aparandı.

Qısa müddətdə toparlanmalıyıq. Komandanı gücləndirmək üçün yeni transferlərə ehtiyac var. Bununla bağlı rəhbərlik ilə danışmışıq. İmkanlarımız daxilində nələrsə etməyə çalışacağıq”.

Həmin kateqoriyadan