Qismət Alıyev: “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır

Premyer Liqanın 35-ci turunda AzAL-la qarşılaşan “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bu klubun futbol akademiyasının yetirməsi olan Qismət Alıyev ardıcıl 2-ci qarşılaşmada “qırmızı-qaralar”ın formasında 90 dəqiqə meydanda olub. Əsas komandada 7-ci, Premyer Liqada 6-cı matçını keçirən 19 yaşlı dayaq yarımmüdafiəçisi son oyun və əsas heyətdə yer alması ilə bağlı fikrini gabalafc.az-a açıqlayıb:

“Qarşıda bizi mövsümün son oyunu gözləyir. Vacib və çətin qarşılaşma olacaq. Bilirik ki, “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır və nadir hallarda uduzur. Lakin bizə də yalnız qələbə lazımdır. Buna nail olmaq üçün var qüvvəmizi meydanda qoyacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik. Qələbə qazanmaq üçün hücumda yaxşı oynayıb, imkanları uğurlu şəkildə sona çatdırmalıyıq”.

Həmin kateqoriyadan