- Baxış sayı: 34
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 154
- Fevral 04, 2026
- 0

İspaniya millisinin hücumçusu və kapitanı Alvaro Morata qarşıdan gələn Avro-2024 ilə bağlı gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Qızılı götürmək üçün buradayıq. Son Avro-da yarımfinalda uduzduq, əvvəlki avroda 1/8 finalda mübarizədən kənarlaşdırıldıq. Biz nəzərəçarpacaq dərəcədə yaxşılaşırıq.
Avropa çempionatını qazanmaq çox çətindir, amma bizim böyük komandamız və gözəl heyətimiz var. Çətinliklərlə üzləşəcəyimizi bilirik, bunun asan olmayacağını bilirik, amma buna hazırıq”.