- Baxış sayı: 38
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Noyabrın 19-dan ilk Avropa Oyunlarının 11 Azərbaycanlı elçiləri məlum olub. Allsport.az sayt xəbər verir ki, bu «xoşbəxtlər» öz idman növlərini və ölkəni təmsil etmək üçün seçiliblər. Onlar Bakı-2015-lə bağlı marketinq kampaniyalara qatılacaqlar. Açılış mərasimi yaxınlaşan zaman, kütləvi tədbirlərdə iştirak edəcəklər.
Artıq idman elçilərinin Odlar yurdunun füsunkar təbiətində, tarixi abidələri önündə və mübarizə meydanında təbliği fotosessiyaları yayımlanır. «Xoşbəxlər» sırasına daxil olan 2 güləşçimiz – Rövşən Bayramovla Mariya Stadnikin bu cür fotosu Qobustanda çəkilib. Olimpiya millimizin London-2012-nin açılışda geyindiyi rəsmi formada qaya rəsmlərinin önündə poz verən bahadırlarımız, sanki baxışları ilə növbəti uğurun uzaqda olmamasına eyham vururlar.
Diqqət çəkən başqa bir məqam, Rövşənin tutaşmadan öncə aslan baxışı, Maşanın qələbədən sonra üzündə yaranan şirin təbəssümüdür. Ən maraqlısı, idmançılar yüngül çəki dərəcələrində çıxış etsələrdə, birgə qazandıqları medalların çəkisi özlərindən ağırdır: 4 olimpiya, 6 dünya və 7 Avropa çempionatları və təqribən 100-ə yaxın sanballı beynəlxalq turnirlərin mükafatları.