- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

İtaliya futbol federasiyası “Yuventus”a ağır cəza verib. Allsport.az xəbər verir ki, Turin təmsilçisinin A seriyasında 15 xalı silinib.
Klubun cəzalandırılmasının səbəbi maliyyə pozuntularına yol verməsidir. “Qoca sinyora” federasiyaya saxta gəlir bəyannaməsi tətbiq edib.
Cəzadan öncə 37 xalla A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində olan “Yuventus” hazırda 22 xalla 10-cu yerdədir.