- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Sumqayıt” premyer liqanın 5-ci turunda evdə “Neftçi”yə 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov yenilgiyə belə aydınlıq gətirib:
“Pis oynamadıq. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı.
İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib.
Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Sona qədər bizə dəstək oldular”.