“Qol epizodları yaratmaqda çətinlik çəkirdik”

Premyer liqasının 21-ci turunda “Sabah” – “Turan Tovuz” oyunundan (1:1) sonra ev sahibinin məşqçisi Ruslan Qafitullin mətbuat konfransı keçirilib. Allsport.az saytı mütəxəssisin açqılamasını təqdim edir:

“Maraqlı oyun oldu. Rəqib ilk 15-20 dəqiqədə, xüsusilə keçidlərdə çox fəal təsir bağışlayırdı. Bunun da nəticəsində hesabda önə keçdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq və hesabı bərabərləşdirə bildik. Fasilədən sonra rəqibin cərimə meydançasına yaxınlaşsaq da, yüzfaizli qol epizodları yaratmaqda çətinlik çəkirdik”.

Həmin kateqoriyadan