- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 22-ci turunda “Qəbələ” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Bizi ağır oyunun gözlədiyini bilirdik. Heyətimizdə həftə ərzində bizimlə məşq etməyən futbolçular var idi. Onların durumu da elə idi ki, qarşılaşmaya hazır olmaya bilərdilər.
Komandanın çıxışından razıyam. Futbolçular meydanda istədiyim hər şeyi verirdilər. Qol epizodlarını dəyərləndirə bilmədik. Buna görə də görüş heç-heçə bitdi. Hakimi müzakirə etməyə epizod olmadı. Düşünürəm ki, idarəçilik normal idi”.