- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın yarımmüfiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsində “Monako” ilə 1:1 bərabərə qaldıqları görüşlə bağlı açıqlama verib. Allsport.az sytı xəbər verir ki, orta xətt futbolçusu hesabın oyuna görə olduğunu etiraf edib:
“Qələbə qazanmaq istəyirdik. Birinci hissədə çətin də olsa, qol vurmaq və fasiləyə üstün yollanmaq planlarımıza uyğun idi. Təbii ki, qol vurduğumuza, fasiləyə hesabda üstün yollandığımıza görə sevinirdik. İkinci hissədə rəqib bizi əks-hücumda yaxaladı və hesabı bərabərləşdirdi.
Fikrimcə, hesab oyuna görə oldu. Məncə, qol epizodu zamanı rəqib futbolçu lazım olan yerdə mövqe seçmişdi. Hesabımızda xal sayını artırmaq üçün qalan 2 oyunumuzdan yaxşı nəticələrlə ayrılmalıyıq.