- Baxış sayı: 9
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Oktyabrın 7-sində “Səbail” premyer liqanın 9-cu turunda səfərdə “Qəbələ”yə qalib gəldi. Qonaqlardan 2-ci hissədə oyuna qoşulan Ağabala Ramazanov ön xətdə rəqib futbolçuları təzyiqdə saxladı. Allsport.az saytına açıqlamada o, matçı qısa belə dəyərləndirdi:
“İkitərəfli açıq oyun getdi. İlk dəqiqələrdən gedişat onu göstərdi ki, hansı komanda qol vursa, sonda o da qalıb gələcək.
Sonda belə də oldu. Qol vurmaq bizim qismətdə idi. Düzdür, rəqibdə də fərqlənmək imkanları yarandı.
“Qəbələ” də bizim kimi Bakıda məşq edir. Oyuna 2 gün qalmış geri dönür. Rəqibin üstünlüyü öz meydanında olmasaydı.
İlk dəqiqələrdə atmosfer bir az ağır idi. Sonradan düzəldi, sərinlik oldu”.