- Baxış sayı: 24
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 33-cü turunda “Sabah” səfərdə “Araz-Naxçıvan”a 1:0 qalib gəlib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç oyun haqda danışıb:
“Komandanı təbrik edirəm. Son 4 oyunda ardıcıl qələbə qazandıq ki, bu heç də asan deyil. Oyunçularımla fəxr edirəm. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl qolla hesabı açdıq. Amma qoldan sonra sanki komanda bir qədər rahatlaşmışdı. Matçdan öncə futbolçulara demişdim ki bu gün çətin oyun olacaq. İlk hissədə rəqib topa daha çox nəzarət edirdi. İkinci hissədə isə biz daha yaxşı oynadıq. Penalti qazansaq da, dəyərləndirə bilmədik. Başqa qol fürsətlərimiz də oldu. Fikrimcə, oyunun taleyini daha erkən həll etməliydik. Qalib gəldiyimizə görə şadam. Amma hələ heç nə bitməyib. Qarşıda bizi daha 3 oyun və qazanılmalı olan 9 xal gözləyir. İndi bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq”.