- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti la liqanın “Vilyarreal”la oyununa (4:4) fikir bildirib.
Allsport.az xəbər verir ki, bu barədə o, “Marca”ya açıqlama verib:
“Söhbət eynəkdən getmirdi, onlara ehtiyacımız yoxdur. Düzgün ritmdə və düzgün intensivliklə yaxşı oyun oynamaq vacib idi. Problemlərdən və zədələrdən qaçmaq istədik və hər şey mükəmməl keçdi.
Luninin oyununu bəyəndim. O, qol epizodları ilə bağlı heç nə edə bilmədi. Ayaqları ilə yaxşı oynayırdı və səbirli idi. Qollarda onun günahı yoxdur”.