“Qolların olmaması mənim üçün də maraqlıdır“


Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan premyer liqasının 7-ci turunda “Səbail”ə 0:1 hesabı ilə şməğlub olduqları matçdan sonra danışıb:

“Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, Allahdan rəhmət diləyirik.
Qolların olmaması mənim üçün də maraqlıdır. Çempionat yeni başlayıb. Bəzi epizodlar müəyyən siqnallardır. Mohkəmlənməliyik. Komandanı toparlayıb qarşıdakı oyunlara baxmalıyıq. Nəticə baxımından xallar itirdik, amma nələrsə qazandıq. Abdulla təcrübəli olsaydı epizoddan fərqli istifadə edərdi, Orxan bir qədər hiyləgər davranırdı. Təəssüflənmirəm. Məğlubiyyət ola bilər futbolçulara pis təsir etsin, amma irəli baxmalıyıq. Qarşıda oyunlarımız çoxdur. Rəqibləri analiz edir, zəif tərəflərini tapmağa çalışır, futbolçulardan nələr istədiyimizi onlara çatdırırıq. Əlbəttə, hər rəqibə görə oyun qurur, eyni zamanda öz oyunumuzu tətbiq edirik”.

Həmin kateqoriyadan