- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qarabağ” premyer liqanın 19-cu turunda səfərdə “Sabah”ə 1:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verib:
“Komandamı təbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq. Meydanda intizamlı 2 komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi.
Qolu kim vursaydı, oyunun nəticəsi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm”.