- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

Bu gün premyer liqanın 14-cü turunda ölkə çempionatının yarış cədvəlində yanaşı qərarlaşan “Neftçi” və “Araz-Naxçıvan” klubları üz-üzə gəliblər.
Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “ağ-qaralar” ilk hissənin 41-ci dəqiqəsində hesabı açsalar da, “qırmızılar” 2-ci yarının 90+3-cü dəqiqəsində Orxan Əliyevin başla gözəl qolu sayəsində fərqləniblər (1:1). Maraqlıdır ki, adı çəkilən futbolçu “Araz-Naxçıvan”ın yeganə hücumçusudur.
Son turlarda xallar itirən, başı ancaq “sarı paylaşımlara” qarışan flaqmanın indi ancaq quru adı qalıb. Tağımın təzə yönəticiləri “Neftçi”ni işıq əvəzinə qaranlığa, düzən yerinə bataqlığa sürükləyirlər.