- Baxış sayı: 30
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski “Qəbələ” üzərində qələbəni şərh edib. Allsport.az saytı xəbər verir ki, o, öz oyunundan razı qaldığını bildirib:
“Çox yaxşı oynadıq. Xüsusilə ilk 75 dəqiqə haqda bu sözü demək olar. Üçüncü və dördüncü qolu vurub, oyunu rahat şəkildə bitirməliydik. Amma alınmadı və rəqib sona 10 dəqiqə qalmış fərqlənə bildi. Buna baxmayaraq, biz sıx oynayaraq, gücümüzü göstərdik.
Öz oyunumdan razıyam. Ümumiyyətlə, komanda yoldaşlarım kimi futbolçularla yaxşı oynamaq asan məsələdir. Biz böyük ailəyik. Bunu oyunlarda da görmək olar”.
Xorvatilyalı futbolçu 3-cü turda “Qarabağ”la keçiriləcək oyuna da toxunub: “Bilirik ki, “Qarabağ”ın həftəiçi Avroliqa matçı var. Bundan yararlanmalıyıq. Rəqib güclü heyətə malikdir. Buna görə də bizim üçün asan olmayacaq”.