- Baxış sayı: 37
- 11 Dekabr 2025 11:58
- Baxış sayı: 186
- Dekabr 10, 2025
- 0

Dünyanın ən böyük adası olan Qrenlandiya Farer adaları ilə eyni siyasi statusa malikdir. Allsport.az saytı xəbər verir ki, hər ikisi Danimarka Krallığının tərkibinə daxildir.
Lakin Qrenlandiya “qonşusu”ndan fərqli olaraq, FİFA üzvü deyil. Bu onlara yerli çempionatlarını keçirməyə əngəl deyil. Ötən gün start götürən və bir həftə davam edəcək liqada 6 klub mübarizə aparır.
Komandaların əmtəə seriyasına bənzər maraqlı adları var: K-33, G-44, B-67, IT-79, N-45 və E-54. Bütün matçlar Kakortok şəhərində əsrarəngiz mənzərəsi olan stadionda baş tutur.
Oyunun universallığı gözqamaşdırıcıdır.