- Baxış sayı: 17
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Allsport.az sizi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Ukrayna mətbuatına verdiyi müsahibə ilə tanış edir.
– “Qəbələ” kiçik tarixi ərzində nəinki ilk dəfə avrokuboklarda mərhələ adladı, həm də artıq qrup mərhələsində çıxış edir. Bütün bu nailiyyətlərinizi necə izah edə bilərsiniz?
– Bizim üçün hər bir rəqiblə görüş çətin keçdi. Biz yeni komanda formalaşdırmışdıq. Həm paralel olaraq komandanın yeni heyətini qurmağa, həm də mərhələ adlamağa çalışırdıq.
– Eyni uğura Ukraynada “Çernomorets”lə də imza atmışdınız. Hansı fərqlər var?
– Fərq çox böyükdür. Biz “Qəbələ” ilə bir mərhələ artıq keçmişik. Çünki ilkin təsnifat mərhələsindən mübarizəyə başlamışdıq. Oyun keyfiyyətinə görə isə, “Çernomorets”də hər şey daha yaxşı idi. Çünki komanda üzvləri uzun müddət idi bir yerdə çıxış edirdi.
– Amma “Qəbələ” mövsümə heç də yaxşı başlamamışdı. Həmin vaxt təsəvvür edirdiniz ki, avqustda Avroliqanın qrup mərhələsində çıxış edəcəksiniz?
– Futbolda bu, tamamilə lazımsız bir şeydir. Belə uzaq xəyallar qurmağa ehtiyac yoxdur. Hər dəfə bu günlə yaşamağa ehtiyac var. Hansı komandada çalışmışamsa, ilk növbədə futbol oynamağı öyrətməyə üstünlük vermişəm. Çünki öncə oyunu qurmaq lazımdır. Oyun olmadan heç bir uğura nail olmaq olmaz. “Qəbələ”yə də gələrkən belə düşünürdüm. Çalışmalı, dəyişməli olduğum məqamlar çox idi.
– Hər şey sizin istədiyiniz kimi gedir?
– Futbolda təsadüfi hallarda möcüzə baş verir. Hər şey üçün də vaxt lazımdır. Onu iddia edə bilmərəm ki, məndən öncə burada heç bir iş görülməmişdi, heç nə yox idi. Sadəcə, mən hər şeyi sıfırdan qurmağa çalışdım. Futbolçularımızın oyun fəlsəfəsini dəyişmək lazım idi ki, nəticə qazana bilək. Uşaqların da haqqını vermək lazımdır. Onlar çox çalışqandırlar.
– Yəqin ki, Qay və Bezotosnıya oyun fəlsəfəsini başa salmaq lazım olmadı, əksinə, onlar sizə bu yolda kömək etdi…
– Əlbəttə, bu yolda bizə tam əmin olduğumuz insanlar da lazım idi. Ona görə də tanıdığım bir neçə futbolçunu özümlə “Qəbələ”yə aparmağa qərar verdim. Qay artıq 3-5 oyundan sonra komandanın aparıcı futbolçusuna çevrilmişdi. Oyunun qurulmasından onun təşkilatçılığının rolu böyükdür.
– “Qəbələ”də gənclərlə bağlı işlər nə yerdədir?
– Bu gənclərin həyata münsibəti fərqlidir. Burada insanlar çox inanclıdırlar, ibadət edirlər, dini qaydaları pozmamağa çalışırlar. Ona görə də bunların şansı boşuna gəzən, rejimsiz yaşayan gənclərlə müqayisədə daha çoxdur.
– Azərbaycan çempionatında 1994-cü təvəllüdlü bir futbolçunun mütləq meydanda olmasına dair qayda doğrudurmu?
– Mən ümumiyyətlə limitə qarşıyam.
– İstənilən halda bu da bir limitdir…
– Əlbəttə, limitdir. Amma limit daha çox legionerlər üçün nəzərdə tutulub. Meydanda beş Azərbaycan pasportuna malik futbolçu olmalıdır. Bax bu limitlə razı deyiləm. Süni qaydaalr çempionatın səviyyəsini qaldırmır. Amma meydanda gənc futbolçunun da olmasına dair qayda klubların uşaq futbol məktəblərinə diqqət ayırmasını zəruri edir.
– Rəhbərliklə münasibətləriniz necədir?
– Klub prezidenti çox böyük insandır. Biz onu lap əvvəllər, “Qəbələ”yə gələrkən görmüşdük. Söhbətləşdik, müqavilə imzaladıq. O, daim oyunlarımıza gəlir, hərdən paltardəyişmə otağına girir, uşaqları təbrik edir. Amma başqa münasibətimiz yoxdur. Vitse-prezident, baş menecer var, rəhbərliyi daha çox onlar edirlər. Futbol anlayışlarımız da üst-üstə düşür.
– Azərbaycanda çalışmaq sizi dəyişdirib?
– Deməzdim. Əlbəttə, təcrübəm artıb. Fərqli fəlsəfəyə malik insanlarla, başqa mentalitetlə, fərqli münasibətlə qarşılaşmışam. Vəssalam. Məncə, futbolda çox, dəqiq və düzgün çalışmaq lazımdır.
– Dortmund “Borussiya”sı ilə bir qrupda yer almaq yaxşıdır, ya pis?
– Əlbəttə, yaxşıdır. Bütün futbol həyatımızı götürsək, nə vaxtsa kimlərə qarşı oynadığımızı xatırlayacağıq. Məsələn, vaxtilə “Ventspils”lə İngiltərə “Nyukasl”ına qarşı 0:0 oynadığımızı hələ də xatırlayıram. Fikrimcə, “Borussiya” ilə oyun da yadımızda qalacaq. Onların stadionundakı atmosferi yaşamaq fərqli hisslər bəxş edəcək.
– Gələcəkdə sizi Ukraynada görmək ehtimatlı var?
– Bir il sonra başımıza nə gələcəyini bilmirik. Ona görə də indidən hadisələri qabaqlamaqda məna görmürəm. Belə bir ehtimal mümkündür. Təbii ki, belə bir variant yaransa, mənim üçün prioritet olar. Amma mən bu barədə çox danışmaq istəmirəm. Çünki burada işlərimdən çox razıyam. Rəhbərliyimiz çox ağıllı insanlardır. Bu, doğrudan da çox vacibdir. Həm biz, həm də rəhbərlik komandanın daha da inkişaf etməsini istəyir. Daha bir il müddətinə müqavilə imzalamışam və tam olaraq “Qəbələ”dəki işlərimə köklənmişəm.