- Baxış sayı: 32
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib. Allsport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Belarusun “Şaxtyor” klubunun baş məşqçisi təyin edilib.
Ukraynalı çalışdırıcı bu vəzifədə yerlisi Yuri Vernidubu əvəzləyib.
Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb və komandanı 2 dəfə Avropa liqasının qrup mərhələsinə daşıyıb. O, “qırmızı-qaralar”dan ayrıldıqdan sonra Qazaxıstan təmsilçisi “Astana”nın baş məşqçisi olub.