- Baxış sayı: 30
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Allsport.az saytı xəbər verir ki, bütün bu titulları “Qarabağ” ilə qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfəri Misli premyer liqasının XXVIII turunun “Kəpəz”lə səfər oyununda (1:6) gerçəkləşib. Bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
2-ci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07. Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) 4, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə 3 dəfə çempionluq sevinci yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abbasov 2020/21 mövsümündə buna nail olub.