- Baxış sayı: 210
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 210
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 16-cı turunda “Sumqayıt”a 2:0 qalib gəldikləri oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, o, komandasının böyük mübarizə nümayiş etdirdiyini söyləyib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun sərgilədik. Çətin səfər oyunu idi. 2-ci qola qədər oyunun sürəti aşağı düşmədi. Hər iki komanda xal qazanmağa çalışırdı. Çox vacib qələbə qazandıq”. :